“İnter” üçün qisas anı
24.06.2013 - 17:01
Bakının “İnter” klubu Avropa Liqasının I təsnifat mərhələsində Finlandiya təmsilçisi “Mariehamn” ilə qarşılaşmaqla tarixində 2-ci dəfə bu ölkə komandası ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hələ “Xəzər Universiteti” adlandığı vaxt da “suomilər”lə qarşılaşıb.
2004/05 mövsümündə İntertoto kubokunda baş tutan görüşdə bakılılar Skandinaviyadan darmadağınla qayıdıb – 0:3. Bakıdakı 2:1 hesablı qələbə isə təmsilçimizin işinə yaramayıb. 9 il sonra yenidən finlandiyalılarla görüşən “İnter” qisasını almağa çalışacaq.
“Tampere” ilə yanaşı daha iki Finlandiya klubu təmsilçilərimizlə üz-üzə gəlib. Hər 2 halda skandinaviyalıları “Qarabağ” sınağa çəkib. 1996/97 mövsümündə öz meydanında “MüPA”ya uduzan ağdamlılar səfər matçında minimal hesablı qələbəni əlavə vaxtda əldən verib – 1:1. 13 il sonra isə “Qarabağ” qisasını “Honka”dan alıb – 1:0 və 2:1.

0
0