“İnter” yaxşı, amma keçilən komandadır”
24.06.2013 - 23:14
“İnter” yaxşı, amma keçilən komandadır”
Avroliqanın I təsnifat mərhələsində “İnter”in rəqibi olan “Mariehamn”ın prezidenti Peter Söderdal püşk atmanın nəticələrindən sonra təəssüratlarını paylaşıb. Apasport.az saytının məlumatına görə, Finlandiya klubunun rəhbəri “Tvitter”də komandasının macəralarının Azərbaycanda başlanacağını ifadə edib.

O bildirib ki, Bakı klubunu keçmək mümkündür: “Mariehamn”ın macəraları Azərbaycanda başlanacaq. Püşk atmanın bəzi qarışıq hisslər idi. Ola bilər, bu çox uzaqdır. İndi biz bütün məsələləri həll etməyə çalışacağıq. “İnter” yaxşı, amma keçilən komandadır”.

Qeyd edək ki, “İnter” iyulun 4-də “Mariehamn”ı evdə qəbul edəcək. Cavab oyunu isə bir həftə sonra Finlandiyada keçiriləcək.