“İnter” Matiya Şpiçiçlə 2 illik müqavilə bağlayacaq
25.06.2013 - 09:43
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” sıralarını daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” Rusiyanın 1-ci dəstəsi “Sibir”lə məsələsini yoluna qoyan Matiya Şpiçiçlə anlaşıb.
Artıq 25 yaşlı sol cinah müdafiəçisi ilə bağlanacaq müqavilənin müddəti də bizə məlumdur. Xorvatiyalı oyunçu ilə 2 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, bununla da “İnter” İlya Kandelakinin gedişindən sonra müdafiənin soluna axtardığı oyunçunu tapa bildi. Paytaxt klubu bu mövqeyə portuqaliyalı Elder Kabral və Gürcüstan yığmasının üzvü David Kvirkveliyanı daha əvvəl gətirmək istəsə də, danışıqlar baş tutmamışdı.

0
0