“İnter”lə düşsəydik, azarkeşlərimiz üçün də çətin olacaqdı”
25.06.2013 - 09:48
İrlandiyanın “Droqheda” klubunun futbolçusu Peter Hayns Avropa Liqasında Azərbaycan klubu ilə düşməməklərinə sevinir. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçunun 2012-ci ildən şərəfini qoruduğu komanda turnirin I təsnifat mərhələsində İsveçin “Malmö” klubuna rəqib olub.
2007-ci ildə vətəninin digər təmsilçisi “Derri Siti”də oynadığı zamanı “Pünik”lə üzləşən irlandiyalı futbolçu uzaq ölkəyə səfərin yorğunluq və azarkeşlərin də gedişinə problem yaratdığını bildirib: “Pünik”lə ev matçında oynayandan sonra Ermənistana getdik. Bu, bizim üçün çətin səfər oldu. Ora yetişmək üçün 3 reys dəyişməli olduq. Yəqin ki, Malmöya birbaşa reys olacağından ora çatmaq bizim üçün elə də çətinlik yaratmayacaq. Əminəm ki, İsveçə azarkeşlərimiz də gedərək, yaxşı atmosfer yaradacaqlar. Ancaq bizə Azərbaycanın “İnter” klubu düşə bilərdi ki, bu zaman tərəfdarlarımız üçün də çətin olacaqdı. Çünki Bakıya səfər uzaqdır. Ancaq İsveç azarkeşlər nöqteyi-nəzərdən də münasib məkandır”.

0
0