Pərdis “Xəzər Lənkəran”a lazım olmadı
25.06.2013 - 23:00
Pərdis  “Xəzər Lənkəran”a lazım olmadı
“Pərdis Fərcad-Azad 90 faiz komandada qalmayacaq. Çünki düşərgədə olan futbolçu qarşısında etdiyimiz şərtlər vardı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, komanda Pərdislə azad futbolçu kimi anlaşmaq istəyib: “Yəni onun transferi üçün pul ödəməyəcəkdik. Fərcad-Azad klubu ilə özü anlaşıb, artıq bizə sərbəst oyunçu kimi gəlməli idi”.

Nadirov bildirib ki, futbolçu başqa şərtlə də razı olmayıb: “Əgər futbolçu bununla razılaşmırsa, deməli, qalmayacaq. Deməli, Pərdis artıq 90 faiz “Xəzər Lənkəran”ın maraq dairəsində deyil. Ancaq gələn braziliyalı qapıçı Duqlas Leyte ilə müqavilə bağlamağımız nəzərdə tutulub”.

Mehman SÜLEYMANOV