“Xəzər Lənkəran”dan son xəbər
25.06.2013 - 22:40
Almaniya toplanışında olan “Xəzər Lənkəran” səhər və axşam məşqlərinə çıxmaqla hazırlığın 5-ci gününü tamamladı. Apasport.azın klubun saytına istinadən xəbərinə görə, futbolçular Con Toşakın rəhbərliyi altında hər iki məşqdə əsasən toplu çalışmaları yerinə yetirdilər.
Cənub təmsilçisi UEFA-nın məlum qərarına əsasən daha erkən Almaniyanı tərk edəcəyindən yoxlama oyunlarında dəyişiklik baş verib.
Belə ki, nəzərdə tutulan iki yoxlama oyunundan yalnız biri baş tutacaq. “Xəzər Lənkəran” məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında “İnqolştad” komandası ilə üz-üzə gələcək. Matç keçirilən günün axşamı, iyun ayının 30-na keçən gecə komanda Maltaya yola düşəcək.
Sabah isə məşqçilər korpusu gün ərzində bir məşq nəzərdə tutublar. Günorta saatlarında komanda məskunlaşdığı Bad Gogginq qəsəbəsində gəzintiyə çıxacaq.

0
0