Karlo Ançelotti “Real”ın tarixinə düşdü
25.06.2013 - 23:25
Karlo Ançelotti “Real”ın tarixinə düşdü
PSJ-dən ayrılıb, “Real”la 3 illik müqavilə imzalayan baş məşqçi Karlo Ançelotti klubun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis Madrid təmsilçisində 2-ci italiyalı çalışdırıcı ünvanına yiyələnib.

“Real”ın tarixində ilk İtaliyadan olan baş məşqçi isə 2006-2007 mövsümündə komandanı çalışdıran, hazırda Rusiya millisində işləyən Fabio Kapello olub. Ançelotti isə ispaniyalıların 46-cı məşqçisi kimi tarixə adını yazdırıb.

Ümumilikdə, “Real”ı İspaniyadan 22, İngiltərədən, Argentinadan və Serbiyadan 3, Almaniyadan, İtaliyadan, Hollandiyadan, Portuqaldan və Uruqvaydan 2, Braziliyadan, Macarıstandan, Paraqvaydan, Uelsdən və Çilidən 1 mütəxəssis çalışdırıb.

Qeyd edək ki, “Kral klubu”nun Uelsdən olan baş məşqçisi, hazırda “Xəzər Lənkəran”da işləyən Con Toşakdır. O, bu klubun “sükanı arxası”nda 2 dəfə - 1989-1990 və 1999-cu illərdə olub.