“Mançester Siti” Karlos Tevesi “Yuventus”a satır
26.06.2013 - 01:02
“Mançester Siti” Karlos Tevesi “Yuventus”a satır
İtaliya A seriyasının qalibi olan “Yuventus” heyətini daha da gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, “Qoca Sinyora”nın hədəfində bu dəfə “Mançester Siti”nin hücumçusu Karlos Tevesdir.

Turin klubu 29 yaşlı futbolçunun keçidi üçün ingilislərlə ilkin razılığa gəlib. “Yuventus” yaxın günlərdə Teveslə 3 illik rəsmi müqavilə imzalayacaq. Baş məşqçi Antonio Kontenin komandası qarşı tərəfə 12 milyon avro ödəyəcək. Forvardın özünə isə illik 5,5 milyon avro maaş verəcək.

Qeyd edək ki, Karlos başa çatan Premyer Liqanın 34 matçında meydana çıxıb. Argentinalı futbolçu bu görüşlərdə 11 qola imza atıb.