Ermənistandan sonra Belarus da ölkəmizə rəqib oldu
26.06.2013 - 03:00
Avro-2020-ni Bakıda keçirmək istəyən Azərbaycana növbəti bir rəqib çıxıb. Apasport.az saytının məlumatına görə, ötən gün Ermənistan Respublikasından sonra Belarus dövləti də qitə birinciliyinə ev sahiblik etmək niyyətindədir.
Sözügedən ölkənin mətbuatı bildirir ki, Belarus prezidenti Aleksandr Lukaşenko idman məmurlarına Avro-2020-nin keçirilməsinə namizəd kimi paytaxt Minsk şəhərinin sənədlərini hazırlamağı tapşırıb. Layihəni isə biznesmenlər maliyyələşdirəcək.
Qeyd edək ki, Avro-2020 ilk dəfə Avropanın 12 müxtəlif şəhərində keçiriləcək. Milli federasiyalar 25 aprel 2014-cü il tarixinə qədər turnirə sifarişlərini verməlidirlər. Həmin ilin 14 sentyabrında isə hansı ölkələrdə keçiriləcəyinə aydınlıq gələcək.

0
0