Luis Felipe Skolari: Biz Uruqvayla oyuna hazırıq
26.06.2013 - 04:27
“Hər matçda biz güclənməyə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya milli komandasının baş məşqçisi Luis Felipe Skolari deyib.
“Sambaçılar”ın təcrübəli çalışdırıcısı Uruqvay yığması ilə Konfederasiyalar Kubokunun yarımfinal matç öncəsi fikirlərini bildirib.
Skolari rəqib komandanın hücumçularının yüksək səviyyəli olduğunu vurğulayıb: “Futbolçularım Uruqvay yığması ilə yarımfinal matçına hazırdır. Mən rəqib komandanın baş məşqçisi Oskar Tabaresi yaxşı tanıyıram. Onun iş metodlarını bilirəm. Bizim rəqibimizin heyətinə gəlincə, Edinson Kavani İtaliya A seriyasının ən yaxşı bombardiridir. Dieqo Forlan Amerika Kubokunun ən yaxşı oyunçusudur. Luis Suares isə İngiltərədə ən yaxşılardan biri idi”.
Qeyd edək ki, Braziliya – Uruqvay oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0
0