“Xəzər Lənkəran”ın rəqibi qalib gələ bilmədi
26.06.2013 - 05:02
“Xəzər Lənkəran”ın rəqibi qalib gələ bilmədi
“Xəzər Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsindəki rəqibi “Slima” yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Malta klubu tanış rəqiblə qarşılaşıb.

Belə ki, “Slima” ölkəsinin digər təmsilçisi “Valetta” ilə üz-üzə gəlib. Görüşdə “Xəzər Lənkəran”ın rəqibi 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Xəzər Lənkəran” və “Slima” arasında ilk matç iyulun 2-də Maltada, cavab görüşü isə iyulun 11-də Lənkəranda baş tutacaq.