“Ançelotti ilə işləmək əla alınacaq”
26.06.2013 - 05:43
“Mən şadam ki, Ançelotti bizim məşqçimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın müdafiəçisi Serxio Ramos deyib.
İspaniya milli komandasının üzvü Karlo Ançelottinin “Kral klubu”nun “sükanı arxası”na keçməsini şərh verib: “Karlo haqqında mən yalnız yaxşı sözlər deyə bilərəm. Siz baxacaqsınız o, bizim komandamızda çox şeylərə nail olacaq. Ançelotti Avropanın ən yaxşı klublarının birinə rəhbərlik edəcək və bütün bunlar onun öz dəyərləri sayəsində oldu. Ançelotti hər bir oyunçunun xüsusi keyfiyyətlərini yaxşı bilir. Onunla işləmək əla alınacaq”
Qeyd edək ki, Karlo Ançelotti “Real”la 3 illik müqavilə imzalayıb.

0
0