“İnter”in avrokubokda ilk qarşılaşmasının yeri açıqlandı
26.06.2013 - 09:50
“İnter”in avrokubokda ilk qarşılaşmasının yeri açıqlandı
Azərbaycanı Avroliqada təmsil edəcək “İnter” I təsnifat mərhələsinin ev oyununu keçirəcəyi stadionu açıqlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Finlandiyanın “Mariehamn” klubunu “Bayıl Arena”da qəbul edəcək. İyulun 4-də başlayacaq matçın hələ başlama saatı bilinmir.

Qeyd edək ki, UEFA “İnter”ə “Şəfa”da oynamağa icazə verməyib. Buna səbəb arenanın yanındakı yolda təmir işləri aparıldığından, avtomobil dayanacaqlarının olmamasıdır. “İnter” ötən avrokuboklar mövsümündə də “Şəfa”da yox, Mərdəkandakı “Dalğa Arena”da ev oyunlarını keçirmişdi. “Bankirlər” bu il də ikinci stadion kimi məhz buranı sifariş edib.