“Xəzər Lənkəran” üçün estoniyalı
26.06.2013 - 10:10
“Xəzər Lənkəran” üçün estoniyalı
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Slima” (Malta) və “Xəzər Lənkəran” (Azərbaycan) klubları arasında görüşün keçiriləcəyi yer və matçın baş hakiminin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 2-də təşkil olunacaq qarşılaşma Ta-Qali şəhərinin eyniadlı stadionunda oynanılacaq.

Hələ vaxtı açıqlanmayan matçı estoniyalı Erik Saar idarə edəcək. Bugünlərdə onun köməkçilərinin adı da məlum olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Slima” oyunu iyulun 11-də Lənkəranda keçiriləcək.