Ad günü, qaçhaqaç və yeni hücumçu - FOTOSESSİYA
26.06.2013 - 15:07
Ad günü, qaçhaqaç və yeni hücumçu - FOTOSESSİYA
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” məskunlaşdığı “Marc Aurel” otelinin meydançasında bu gün üçün nəzərdə tutulan yeganə məşqinə çıxdı. Apasport.az saytının xəbərinə görə, yerli vaxtla saat 11:00-a təsadüf edən məşq öncəsi yığıncaqda uelsli çalışdırıcı Con Toşak komanda adından milliləşdirilən legioner Uğur Pamuku 24 yaşı olması ilə təbrik etdi.

İsinmə hərəkətindən sonra qapıçılar istisna olmaqla, futbolçular topsuz çalışmalara üstünlük verdilər. Fiziki hazırlığın daha yüksək səviyyədə olması üçün Toşak futbolçuları müxtəlif məsafələrə qaçmağı tapşırdı.

Əldə etdiyimiz xəbərə görə, Pərdis Fərcad-Azadın gedişindən sonra “Xəzər Lənkəran” daha bir hücumçu ilə danışıqlara başlayıb. Həmin futbolçunun legioner olduğu deyilsə də, hələlik adı açıqlanmır.