“Bunu, nə zamansa qayıdacağımı güman edib demirəm”
26.06.2013 - 15:58
“Bakı” klubunun sabiq baş məşqçisi Bojidar Bandoviç klubla vidalaşıb. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis komandadan və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını deyib.
Bandoviç klubun TV-sinə verdiyi açıqlamasında bildirib ki, burada vaxtı səmərəli keçib və bunun üçün ili müsbət dəyərləndirmək olar: “İl həqiqətən çətin alındı. Amma burada gördüklərim məni bir növ çətinliklərə hazırlamışdı. Bunlara baxmayaraq, ili müsbət dəyərləndirə bilərəm. Komanda bir çox aspektdən inkişaf edib. Əminəm ki, növbəti mövsümdə işlər daha yaxşı gedəcək. “Bakı” zaman-zaman oyun tərzini dəyişir. Bir neçə qarşılaşmada yaxşı təsir bağışladı. Amma çatışmayan cəhətlərimiz də oldu. Həmin nöqsanları aradan qaldırmaq üçün daha çox çalışmaq lazımdır”.
Təcrübəli çalışdırıcı “Bakı”nın oyun tərzini dəyişməklə bir neçə önəmli yeniliklərə nail olduğunu da deyib: “Ardıcıl 9 matçda güclü klublara uduzmadıq. Ümid edirəm ki, komanda bu tərzdə davam edəcək. Yaxşı tanıdığım baş məşqçiyə və kluba uğurlar arzulayıram. Əgər yeni mövsümdə “Bakı” daha uğurlu çıxış etsə, bu, məni sevindirəcək”.
Bandoviç yenidən Azərbaycana qayıtmaq ehtimalına da toxunub: “Klubla artıq vidalaşıram. Mənim üçün daha vacib olan qarşılıqlı hörmət, gördüyüm işlərə verilən qiymətdir. Çünki burada çalışdığım müddət ərzində öz xarakterimi nümayiş etdirdim, bütün bacarığımı ortaya qoydum. Komandaya gələcəkdə uğurlar arzulayıram. Bu klub daima qəlbimdə yaşayacaq. Azərbaycanda çoxlu dost da tapmışam. Bunu, nə zamansa qayıdacağımı güman edib demirəm. Klubdan və mənimlə çalışan insanlardan razıyam. Kim bilir, bəlkə də gələcəkdə burada yenə çalışdım”.
Qeyd edək ki, “Bakı”nın baş məşqçi postunda Bandoviçi həmyerlisi Milinko Pantiç əvəzləyib.

0
0