“Junior Nildo Maltada 3 qol vursa, onun alnından öpəcəm”
26.06.2013 - 17:09
“Junior Nildo Maltada 3 qol vursa, onun alnından öpəcəm”
“I təsnifat mərhələsindəki rəqibimiz olan “Slima” klubunu keçməyə borcluyuq”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

“Ağ-yaşıllar” Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü səfərdə keçirəcək.

Maltada “Slima”nın qonağı olacaq cənub təmsilçisinin müdafiəçisi heyətə cəlb edilən yeni transfer – braziliyalı Junior Nildodan danışıb.

“Nildoya ümidimiz böyükdür. Səviyyəli futbolçudur. Səfərdəki qarşılaşmada het-tirk etsə, onun alnından öpəcəm. Rəqibə gəlincə, biz “Slima”dan güclüyük. Mərhələ keçəcəyimizə inanıram. Buna nail olsaq, növbəti rəqib Hayfa “Makkabi”sini də mübarizədən kənarlaşdıra bilərik” – deyə, Allahverdiyev bildirib.

Xatırladaq ki, “Slima” – “Xəzər Lənkəran” oyunu iyulun 2-də keçiriləcək.