AÇ-2016-nın loqotipi təqdim edildi - FOTO
26.06.2013 - 18:15
AÇ-2016-nın loqotipi təqdim edildi - FOTO
Fransanın paytaxtı Paris şəhərində AÇ-2016-nın rəsmi loqotipi ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, yeni loqotip Anri Delone kubokunu, Fransa bayrağının rənglərini (göy, ağ, qırmızı) və sözügedən ölkənin mədəniyyətini özündə əks etdirir.

Bu loqotip Portuqaliya agentliyi tərəfindən hazırlanıb. Həmin agentlik AÇ-2012-nin də loqotipini də tərtib edib. Bu, müxtəlif bədii stillərdə yerinə yetirilmiş qrafik detalları və futbol elementlərini uyğunlaşdırır.

Mərasimdə UEFA prezidenti Mişel Platini, Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel le Qrae və AÇ-2016-nın Təşkilat Komitəsinin sədri Jak Lamber iştirak edib.

Qeyd edək ki, AÇ-2016-nın oyunları 10 iyun - 10 iyul tarixlərində Fransanın 10 stadionunda keçiriləcək. Bu turnirdə ilk dəfə olaraq 16 milli komanda iştirak edəcək.