“Neftçi”nin çox güclü komanda olduğunu xatırlayıram”
26.06.2013 - 18:48
“Neftçi”nin çox güclü komanda olduğunu xatırlayıram”
“Mən növbəti mərhələyə bizim komandamızın keçməsini qeyri-mümkün hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan “Skenderbeu”nun kapitanı Bledi Şkembi deyib.

O, təmsilçimiz haqda fikirlərini bildirib: “Düşünürəm ki, Çempionlar Liqasının II təsnifat mərhələsində zəif komanda yoxdur. Amma mən mümkün rəqiblərdən Sloveniya “Maribor”unu üstün tutardım. “Neftçi” ilə iki il əvvəl yoldaşlıq matçında qüvvəmizi sınamışıq. Görüş 1:1 hesabı ilə başa çatmışdı. Onların çox güclü komanda olduğunu xatırlayıram. Bununla belə, biz nəyə qadir olduğumuzu göstərib, növbəti təsnifat mərhələsinə vəsiqə qazanmalıyıq. İlk oyunun səfərdə daha çətin olacağını hesab edirəm”.