Zidan Ançelottinin köməkçisi oldu
26.06.2013 - 19:49
Zidan Ançelottinin köməkçisi oldu
Ötən gün PSJ-dən ayrılıb, “Real”la üç illik müqavilə imzalayan baş məşqçi Karlo Ançelottinin daha bir köməkçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Paris təmsilçisində italiyalı mütəxəssislə işləmiş Pol Klemandan başqa, Madrid klubunun sabiq futbolçusu, komandanın idman direktoru və aşağı yaş qruplarında məşqçi vəzifəsində çalışan Zinəddin Zidan Ançelottinin yardımçısı olub.

Bu haqda Karlonun özü bildirib: “Zidan həmişə məşqçi olmaq istəyirdi və bu da reallaşmaq üzrədir. Mən şadam ki, Zinəddinlə işləyəcəyəm. O, mənim üçün çox yaxşı köməkçi olacaq. Zidan həmişə “Real”ın ehtiyat oyunçular skamyasında olacaq. Onun tək problemi isə Zidanı artıq futbol meydançasına buraxmaq olmaz”.

Qeyd edək ki, Zidan 2002-2006-cı illər arasında “Real”ın formasını geyinib.