Slaven Biliç rəsmən “Beşiktaş”da!
26.06.2013 - 19:41
“Beşiktaş”ın yeni baş məşqçisi rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Moskva “Lokomotiv”inin sabiq baş məşqçisi Slaven Biliçlə 3 illik müqavilə imzalayıb.
Artıq 44 yaşlı mütəxəssisin “qara qartallar”dakı qazancı da bəlli olub. Belə ki, xorvatiyalı çalışdırıcı “Beşiktaş”da 2013/2014 mövsümü üçün 1,5 milyon, 2014/2015 mövsümü üçün 1,6 milyon, 2015/2016 mövsümü üçün 1,7 milyon avro qazanacaq.
Qeyd edək ki, Biliç 2012-ci ildə Moskva “Lokomotiv”ində işləyib. Lakin Rusiya klubuna o, yalnız 1 il rəhbərlik edib.

0
0