Tevesi “Yuventus” azarkeşləri sevinclə qarşıladı - FOTO
26.06.2013 - 20:10
Tevesi “Yuventus” azarkeşləri sevinclə qarşıladı - FOTO
“Mançester Siti”nin hücumçusu Karlos Teves artıq “Yuventus”dadır. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Turin şəhərinə gələrkən komandanın azarkeşləri arasında ajiotaj yaranıb.

Belə ki, Milan aeroportunda “Yuve”nin minlərlə pərəstişkarı argentinalı forvardı qarşılamağa gəlib. O, aeroportun çıxışında gördüklərindən təəccüblənib. Azarkeşlər Karlosun gəlişini sevinclə qarşılayıb. Teves polisin köməyi ilə küçəyə çıxmağı bacarıb.

Qeyd edək ki, ötən gün “Mançester Siti” ilə “Yuventus” arasında ilkin müqavilə imzalanıb.