Ronaldo “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək
26.06.2013 - 20:31
Ronaldo “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək
“Real”ın hücumçusu Kriştianu Ronaldo yenidən sabiq komandası “Mançester Yunayted”ə qayıda bilər. Apasport.az saytının məlumatına görə, ingilis klubu onun keçidini həll etməyə çalışır.

Britaniya mətbuatı iddia edir ki, portuqaliyalı futbolçu yaxın günlərdə Mançester şəhərinə gələcək və klub rəhbərliyi ilə görüş keçirəcək. Hazırda isə o, İndoneziyadadır. Əgər hər iki tərəf arasında danışıqlar uğurla başa çatsa, Ronaldo gələn mövsümdən etibarən Premyer Liqada top qovacaq. Lakin “Real”ın yeni baş məşqçisi Karlo Ançelotti Kriştianunu komandada saxlamağa inandırmaq niyyətindədir.

Qeyd edək ki, FİFA klubunun icazəsi olmadan oyunçularla digər komandanın danışıqlar aparmasını qadağan edir. Həmçinin Ronaldo da “Real”la yenidən müqavilə imzalamaq istəmir.