Qvardiolanın ilk məşqinə 10 min azarkeş gəldi
26.06.2013 - 21:00
Qvardiolanın ilk məşqinə 10 min azarkeş gəldi
Bu gün baş məşqçi Xosep Qvardiola yeni komandası “Bavariya”da ilk məşqini keçib. Apasport.az saytının məlumatına görə, bu hadisə Münhendə böyük ajiotaj doğurub.

Belə ki, təşkil edilən açıq məşqə 10 min azarkeş gəlib. Tamaşaçılar Qvardiolanın rəhbərliyi altında keçirilən birinci məşqi sona qədər izləyiblər.

Qeyd edək ki, Pep “Bavariya” ilə Almaniya Bundesliqasını, ölkə kubokunu və Çempionlar Liqasını qazanmış Yupp Haynkesi əvəzləyib.