Teves “Yuventus”da 10 nömrəli forma geyinə bilər
26.06.2013 - 22:38
Teves “Yuventus”da 10 nömrəli forma geyinə bilər
“Mançester Siti”nin hücumçusu Karlos Teves “Yuventus”a transfer olmaq üzrədir. Apasport.az saytının məlumatına görə, artıq Turin şəhərində olan argentinalı futbolçu ilə danışıqlar davam edir.

İtaliya mətbuatı Tevesin yeni komandasında hansı nömrə altında çıxış edəcəyini də müəyyənləşdirib. Karlos “Qoca Sinyora”nın əfsanəvi oyunçusu Alessandro Del Pyeronun 10 nömrəli formasını geyinəcək. Lakin bu barədə hazırda rəsmi informasiya verilməyib.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”nin “Yuventus”la ilkin razılığa gəldikləri bildirilirdi. Turin klubu Tevesin keçidi üçün “şəhərlilər”ə 12 milyon avro verəcək.