Mişel Platini: Avro-2016-nın loqosu çox gözəl alındı
26.06.2013 - 23:05
Mişel Platini: Avro-2016-nın loqosu çox gözəl alındı
“Avro-2016-nın loqosu çox gözəl alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.

Ali futbol qurumunun rəhbəri ötən gün Parisdə təşkil edilən Avro-2016-nın loqosunun təntənəli təqdim etmə mərasimində fikirlərini bildirib: “1984-cü il bizim üçün çox uğurlu oldu. Həmin vaxt biz yaxşı futbol göstərdik. 32 il sonra mən yenidən doğma divarlar arasında bizim komandamızın qələbəsinə ümid edirəm. Qitə birinciliyinin başlanmasına qədər bütün stadionlar hazır olacaq. Bu turnir Fransa futbolu üçün son dərəcə əhəmiyyətlidir. Avropa çempionatının ölkəmizə yenidən qayıdışını biz demək olar ki, 30 il gözlədik”.

Qeyd edək ki, Fransa sonuncu dəfə 1984-cü ildə Avropa çempionatına ev sahiblik edib. Həmin qitə birinciliyində meydan sahibləri turnirin qalibi olub və Platini də 9 qolla ən yaxşı oyunçu seçilib.