Abenzberq gəzintisi - FOTOSESSİYA
27.06.2013 - 09:00
Almaniya toplanışının altıncı günündə səhər məşqini tamamlayan “Xəzər Lənkəran” axşam saatlarında komanda halında gəzintiyə çıxıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi məskunlaşdığı oteldən təxminən 5 km aralıda yerləşən Abenzberq şəhərciyində italyan restoranına yığışaraq, şam yeməyini adıçəkilən məkanda yeyib.
Daha sonra futbolçular qısa müddətli şəhər gəzintisinə çıxaraq, yenidən “Marc Aurel” otelinə dönüblər. Gəzinti müddətində və şam yeməyində yüksək ab-hava futbolçuların cizgisindən aydın şəkildə sezilirdi.

0
0