AZAL-da yeni məşqçi – FOTO
27.06.2013 - 09:13
AZAL-ın məşqçilər korpusunda dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Xəzər Lənkəran”la Azərbaycan çempionluğunu qazanan məşqçi Tofiq Mustafayev “təyyarəçilər”də işə başlayıb. Baş məşqçi Vaqif Sadıqovun köməkçilərindən biri olan 57 yaşlı mütəxəssis rəqiblərin təhlili, fiziki hazırlıq üçün çalışmalara cavabdeh olacaq.
Paytaxt klubunda ötən mövsüm fiziki hazırlıq üzrə 2 əcnəbi məşqçi çalışıb. Bunlardan biri rusiyalı Yevgeni Stukalov Sadıqovla “Anji”də birgə çalışmışdı. Onun noyabrda gedişindən sonra gələn ukraynalı Eduard Prokopenko mövsüm bitəndən sonra klubdan ayrılıb. AZAL-ın digər məşqçiləri Şakir Qəribov və qapıçılarla çalışan Rauf Salamovdur.
Qeyd edək ki, “Neftçi” və “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun əsas köməkçisi olmuş Mustafayev bu komandalarla “Birlik kuboku”nu, cənublularla 2 dəfə ölkə kubokunu qazanıb. O, 2011-ci ildə “İnter”də çalışaraq, son 2 mövsüm əvəzedici komandanın baş məşqçisi idi.

0
0