Aleks Ferqyussonun köməkçisi “Anji”də
27.06.2013 - 22:02
Bu gün Avstriyada təmsilçimiz “İnter”lə yoldaşlıq görüşündə qarşılaşan “Anji”nin baş məşqçisi Qus Hiddinkin yeni köməkçisi müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, bu, “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyussonun köməkçisi olmuş Rene Melenstendir.
“İnter”i minimal hesabla məğlub etdikləri görüşdən sonra Rusiya mətbuatına açıqlama verən hollandiyalı mütəxəssis həmyerlisinin Mahaçkala klubuna gələcəyini təsdiqləyib: “Hələ rəsmi qərar verilməyib, amma biz onunla müqavilə imzalamağa yaxınıq. Həqiqətən böyük məşqçinin mövqeyinə mütəxəssis axtarırıq. Rəsmi açıqlamanı yaxın vaxtlarda izləyə bilərsiz”.
Qeyd edək ki, Melensten 2001-ci ildən “Mançester Yunayted”də işləyib.

0
0