“Neftçi” ilə oyunda ən yaxşı formaya qayıtmağımla bağlı vəd qüvvədə qalır”
28.06.2013 - 09:41
“Volqa” ilə oyunda aldığım zədə ciddi deyil. Narahatçılığa heç bir əsas yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Nuredin Orelesi deyib. “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibinin yarımmüdafiəçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Volqa” klubuna 0:2 hesabı ilə uduzduqları yoxlama oyununda ombasından zədə alıb.
Ancaq Orelesinin sözlərinə görə, “Neftçi” ilə Bakıdakı ilk oyunadək tam hazır olacaq: “Mən müalicəyə başlamışam və xoşbəxtlikdən hər şey yaxşı gedir. 3-4 gündən sonra komanda ilə məşq edəcəyəm. Onu deyə bilərəm ki, “Neftçi” ilə oyuna ən yaxşı formama qayıtmağımla bağlı vəd qüvvədə qalır. Mən Çempionlar Liqasında oynamağı səbirsizliklə gözləyirəm”.

0
0