“Barselona” “Santos”la ilk oyununu “Nou Kamp”da keçirəcək
28.06.2013 - 22:12
“Barselona” “Santos”la ilk oyununu “Nou Kamp”da keçirəcək
“Barselona” ilə “Santos” arasında keçiriləcək ilk oyunun vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Nou Kamp” stadionunda baş tutacaq qarşılaşma avqustun 2-də reallaşacaq.

Görüş ənənəvi olaraq keçirilən Kataloniyalıların banisi Joa Qamperin xatirəsinə həsr edilib.

Qeyd edək ki, “Santos”un sabiq futbolçusu Neymarın “Barsa”ya 57 milyon avroya transfer olunanda, belə bir oyunun təşkil edilməsi ilə bağlı açıqlama verilmişdi. Lakin 2 dəfə qarşılaşacaq komandaların əvvəlcədən tarix və matçın keçirilmə vaxtı müəyyən edilməmişdi.