“Mariehamn” – “İnter” şərfi satışa çıxarılır - FOTO
29.06.2013 - 10:52
“Mariehamn” – “İnter” şərfi satışa çıxarılır - FOTO
“İnter”in rəqibi olan “Mariehamn” avrokuboklardakı debütünə ciddi hazırlaşır. Apasport.az-ın Finlandiya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “adalılar” cavab oyunu üçün xüsusi hazırlanmış şərf və futbolkanı satışa çıxarır.

Önündə “Mariehamn” və “İnter”, arxasında isə “Avropa Liqası 2013” yazılmış şərfin qiyməti 20 avrodur. “Mariehamn”ın arxa hissəsində “Avropa Liqası 2013” yazılmış yaşıl formasının da qiyməti məhz eynidir. Bu aksesuarlar iyulun 7-dən satışa çıxarılacaq.

Qeyd edək ki, “İnter”in “Marieahamn”la səfər oyunu iyulun 11-də baş tutacaq.