“Qəbələ” Türkiyəyə getdi
01.07.2013 - 15:01
“Qəbələ” Türkiyəyə getdi
Növbəti mövsümün hazırlıqlarını doğma məkanda başa vuran “Qəbələ” bugündən Türkiyədə məşqlərə başlayacaq. Apasport.az saytının məlumatına görə, komanda qardaş ölkənin İsparta bölgəsinə yollanıb.

Komanda iyulun 14-dək burda hazırlıq keçəcək. Toplanış əsnasında “Qəbələ” Zaporojye “Metallurq”u (3 iyul), “Trabzonspor” (7 iyul), “Antalyaspor” (10 iyul) və “Mersin İdman Yurdu” (13 iyul) ilə qüvvəsini sınayacaq.