“Xəzər Lənkəran”ın oyunu 10 avroya
01.07.2013 - 15:35
Avropa Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək “Slima” (Malta) – “Xəzər Lənkəran” qarşılaşmasının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Ta Qali şəhərində baş tutacaq oyuna giriş üçün azarkeşlər 10 avro ödəməlidir. 18 minlik arenaya satılan bütün biletlərin qiyməti standart olaraq eynidir.
Qeyd edək ki, sabahkı matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Qeyd edək ki, sabahkı matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
0
0