İspaniya yığması Vətənə döndü
01.07.2013 - 21:46
İspaniya yığması Vətənə döndü
İspaniya milli komandası Vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, artıq Pireney təmsilçisinin futbolçuları doğma ölkələrindədirlər.

Ötən gecə son dünya və Avropa çempionları Konfederasiyalar Kubokunu finalında ev sahibləri Braziliya yığması ilə qarşılaşıb. Matçda Fredin dublu və Neymarın tək qolu ilə “sambaçılar” 3:0 hesabı ilə qələbə qazanaraq, turnirin qalibi olublar. İspaniyalılar isə sayca 9-cu dəfə keçirilən yarışı gümüş medallarla başa vurub.

Həmçinin bu məğlubiyyət Visente del Boskenin komandasının rekord seriyasına da son qoyub. Belə ki, ispanlar rəsmi matçlarda 29 oyun idi uduzmurdu. Onlar sonuncu dəfə DÇ-2010-nun İsveçrə ilə matçında 0:1 hesabı ilə məğlub olmuşdu.