“Qarabağ”la əvvəlki duelimizdən dərs götürməliyik”
02.07.2013 - 09:12
“Hesab edirəm ki, “Qarabağ”la 3 il öncə Avropa Liqasında oyunlarımızdakı səhvləri təkrarlamamalıyıq. Biz həmin dueldən dərs götürməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avropa Liqasında ilk rəqibi olan Skopyenin “Metallurq” klubunun kapitanı Mile Krstev deyib. Makedoniya təmsilçisinin yarımmüdafiəçisi Ağdam təmsilçisi ilə turnirdə 3 il öncəki heyətdə qalan azsaylı futbolçulardan biridir.
Həmin vaxt Skopye 1:1 hesabı ilə nəticələnən cavab matçında bərabərlik qolunu vuran Mile gümüş medalçımızla budəfəki I təsnifat mərhələsi duelinə nikbin baxır: “Həmin vaxt biz təcrübəsiz idik və bunun nəticəsində səhvlər edirdik. Bu, bizə məğlubiyyətlə başa gəldi. Çoxlu şansımızı əldən verdik, rəqib isə az imkanlardan maksimum istifadə etdi. Bu dəfə belə şey baş verməməlidir”.
Qeyd edək ki, “Qarabağ” makedoniyalılarla evdə ilk oyunda 4:1 hesabı ilə qalib gələrək, cütün taleyini həll etmişdi.

0
0