“Simurq”un Kartəpə hazırlıqları davam edir
03.07.2013 - 04:10
"Simurq" yeni mövsümün hazırlıqlarının davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ötən gün iki məşqə çıxan komanda səhər çalışmasına fiziki gücün artırılması ilə başlayıb.
Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında "sarı-qaralar" tapşırıqları yerinə yetirib. Daha sonra isə taktiki və texniki çalışmalara keçirilib. Xüsusən hücum təşkili və sonuncu zərbələr üzərində məşq edilib.
Axşam məşqində isə "Simurq" bugünkü yoldaşlıq görüşünə hazırlıq çərçivəsində məşq edib. Qaçış və isinmə hərəkətlərindən sonra "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirdəcək. "Dila" ilə qarşılaşacaq komandanın oyunu Bakı vaxtı ilə 19:30-da start götürəcək. Qarşılaşma "Simurq"un məskunlaşdığı "Green Park" otelinin meydançasında keçiriləcək.

0
0