Kaka “Real”dan getmir
03.07.2013 - 05:20
Kaka “Real”dan getmir
“Real”dan ayrılacağı ilə gündəmə gələn Kakanın komandadakı gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Kral klubu”nda qalacaq.

Bu haqda 31 yaşlı futbolçunun özü açıqlama verib: “Real”la hələ mənim müqavilənin müddəti davam edir. Komandamıza artıq yeni baş məşqçi də təyin edildi. Mən Karlo Ançelotti ilə görüşmüşəm və onunla söhbətimiz olub.Ona görə də deyə bilərəm ki, “Real”ı tərk etməyib, bu klubda qalacam”.

Qeyd edək ki, Kakanın "Real"la müqaviləsinin müddəti 2015-ci ilə qədərdir.