“Bu qələbə növbəti mərhələyə yüksəlməyimiz demək deyil”
03.07.2013 - 08:15
“Ağır oyun oldu. Buna baxmayaraq qalib gəlməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
41 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “Metallurq”la (Skopye) Makedoniyadakı ilk oyunu haqda fikirlərini açıqlayıb: “Lakin daha 1 qol vura bilmədik. Yoxsa işimiz daha asan olardı. Cavab oyunu ərəfəsində üstünlüyümüz var. Lakin bu heç də o demək deyil ki, növbəti mərhələyə yüksəlmişik. Bizi hələ ev oyunu gözləyir. “Metallurq” isə elə komandadır ki, nəticəyə oynaya bilər”.

0
0