Makedoniyada “siftə”
03.07.2013 - 08:44
Azərbaycan klubları avrokuboklarda Makedoniyada ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində “Metallurq” üzərində Skopyedə qazandığı 1:0 hesablı qələbə tarixə düşüb.
Belə ki, təmsilçilərimiz qitə miqyaslı turnirdə bunadək həmin ölkədə 3 dəfə oynasa da, qalib ola bilməmişdi. Düzdür, “İnter”lə həmin “Qarabağ” üşün Makedoniyada cavab oyunlarında mərhələ keçsələr də, 1:1 hesabı qeydə alınmışdı. Bu, Çempionlar Liqasının və Avropa Liqasının I təsnifat mərhələsində “Rabotniçki” ilə “Metallurq”la oyunlar idi. Ağdamlılar Bakıda 4:1 hesabı ilə qalib gəldiyindən mərhələ keçdilər. Bakılılar isə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliyə qalaraq, səfərdə vurduğu qol sayəsində növbəti mərhələyə çıxdılar.
Makedoniya ilə ilk oyunumuz isə “Kəpəz”in “Sloqa” ilə 1999-cu ildə ÇL-in I təsnifat mərhələsində dueli olub. Onda səfərdə 0:1 hesabı ilə uduzan gəncəlilər Respublika stadionunda qalib gələ bilmişdi – 2:1. Ancaq makedoniyalılar rəqib meydanında qol vurduğuna görə cütün qalibi oldu.

0
0