“Mariehamn” “İnter”dən qabağa düşdü
03.07.2013 - 10:19
“Mariehamn” “İnter”dən qabağa düşdü
“İnter”in Avropa Liqasının I təsnifat mərhələsində sabah üzləşəcəyi Finlandiyanın “Mariehamn” klubu Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, gecə saatlarına Bakıya təşrif buyuran rəqib bu gün oyun öncəsi son məşqinə çıxacaq. Ancaq bu, matçın başlama saatı – 21:00-da yox, daha tez olacaq.

Belə ki, finlər “İnter”lə oynayacağı “Bayıl Arena”nı saat 18:30-dan 20:30-a kimi sərəncamına vermələrini istəyib. Belə olan halda, bakılılar rəqibdən sonra – saat 21:00-da son məşqinə çıxmalı olub. Komandaların baş məşqçilərin oyun öncəsi mətbuat konfranslarının keçirilməyi nəzərdə tutulmayıb.