“Biz təkcə rəqib futbolçularla mübarizə aparmırdıq”
03.07.2013 - 10:35
“Xəzər Lənkəran” klubunun qapıçısı Toni Doblas Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə Maltadakı ilk oyununda qeydə alınan heç-heçənin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper kənar amillərin oyuna təsir etdiyini düşünür.
Doblas qarşılaşmanın süni örtüklü meydanda keçirilməsinin də maltalıların işinə yaradığı fikrindədir: “Maltadakı oyunumuz 1:1 hesabı ilə başa çatdı. Lakin biz təkcə rəqib futbolçularla mübarizə aparmırdıq. İstilik, süni ot örtüyü də bizə qarşı idi. Buna baxmayaraq heç-heçəyə nail olduq. Cütün taleyi Lənkəranda həll olunacaq”.

0
0