300-cü qol
03.07.2013 - 10:56
Azərbaycan klublarının avrokuboklarad buraxdığı qolların ümumi sayı 300-ə çatıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimizin yubiley qolu Maltada vurulub.
1994-cü ildə qitə arenasında “Turan”ın timsalında debüt edən klublarımız cari mövsümün startına qədər 299 qol buraxmışdı. Nəticəsi ləğv olunan qarşılaşmalar, həmçinin texniki nəticələr (3:0) nəzərə alınmamaqla 16 klubumuzun buraxdığı 299 qola dünən daha 1-i əlavə olundu. “Xəzər Lənkəran”la oyunda Malta “Slima”sının cavab qolunu vuran Nka Oxavuçi yubiley topunun müəllifi olub.
Qeyd edək ki, təmsilçilərimizin qapısına ilk qolu 1994-cü ildə Türkiyənin “Fənərbaxça” klubu vurub. İstanbullular “Turan”ı 5:0 hesabı ilə məyus edib.

0
0