“Qarabağ”da 3 yubiley
03.07.2013 - 11:47
“Qarabağ”da 3 yubiley
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu “Qarabağ”ın 3 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Makedoniyada Skopye “Metallurq”u ilə qarşılaşmada Maksim Medvedev, Vüqar Nadirov və Admir Teli yubiley qeyd edib.

Belə ki, hər 3 futbolçu Azərbaycan klublarının heyətində avrokuboklarda 20-ci matçına çıxıb. Bununla da komandalarımızın formasında qitə miqyaslı yarışlarda 20 və daha çox oyun keçirənlərin sayı 9-a çatıb: Rəşad Sadiqov – 43, Rəşad Sadıqov – 37, Georgi Adamiya – 34, Mahmud Qurbanov – 29, Aslan Kərimov – 25, Elnur Allahverdiyev – 22, Maksim Medvedev, Vüqar Nadirov və Admir Teli – hamısı 20.