“Mariehamn”ın hücumçusu: Bakıya 14 saata gəldik
03.07.2013 - 12:00
“Uşuş normal keçdi, lakin çox uzun alındı. Biz 14 saat yolda olmuşuq. Gecə saat 4-də nəhayət ki Bakıya çatmışıq. Yolumuz həqiqətən də çox uzun idi”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Mariehamn”ın hücumçusu Kris Brayt deyib.
Yeni zelandiyalı futbolçi ölkəmizdə ilk müsahibəsini “İnter”in rəsmi saytına verib. “Mariehamn”a bu ilin martında qoşulan Brayt avrokuboklarda debüt edəcəkləri oyun haqqında bunları deyib: “Bu matç bizim üçün çox önəmlidir. Biz məhz bunun üçün Bakıya gəlmişik. Deyə bilərəm ki, klubun tarixində bu, çox vacib, çox önəmli oyun olacaq”.
26 yaşlı hücumçu “İnter” haqda məlumatlı olduqlarını gözlətməyib: “Komandanız haqqında məlumatlarım var. Matçın keçiriləcəyi stadionun çox gözəl olduğunu deyə bilərəm. Orda yaxşı futbol meydanı var. Biz bilirik ki, “İnter” çox yaxşı futbolçulara malikdir. Bu oyunçular çox güclü və texnikalıdır. Rəqibimiz barədə məlumatımız var”.
Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu sabah saat 21:00-da “Bayıl Arena”da keçiriləcək.

0
0