Yamaykalı futbolçu: Komandamız “İnter”lə döyüşə hazırdır
03.07.2013 - 12:27
“Çox uzun yol qət etmişik. Uçuş çox uzun idi. Lakin artıq biz Bakıdayıq. Burada baş tutacaq oyuna hazırıq. Fikrimcə, hər şey yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bunu “Mariehamn”ın hücumçusu Dever Orcill deyib.
23 yamaykalı futbolçu “İnter”lə sabah baş tutacaq oyun haqqında fikirlərini rəqib komandanın rəsmi saytına bildirib: “Düşünürəm ki, komandamız döyüşə hazırdır. Biz bura məğlubiyyət üçün gəlməmişik. Meydanda mübarizə aparıb yaxşı nəticə əldə etmək niyyətindəyik”.
“Mariehamn”ın sıralarına apreldə qoşulan Orcill qələbəyə inandıqlarını söyləyib: “Hesabın bizim üçün pozitiv olmasına inanıram. Burada məğlub olmaq istəməzdik. Qələbə bizim üçün əla nəticə kimi qəbul olunacaq”.

0
0