Nazim Süleymanov millidəki çatışmazlığı göstərdi
03.07.2013 - 12:40
Nazim Süleymanov millidəki çatışmazlığı göstərdi
"Matçdan əvvəl qələbə qazanacağımıza inanırdıq. Düşünürəm ki, oyunumuz pis alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu hərbçilərdən ibarət futbol komandamızın baş məşqçisi Nazim Süleymanov deyib.

O, hərbçilər arasında 1-ci dünya futbol kuboku turnirində keçirilmiş Azərbaycan - Mali oyunundan sonra affa.az saytına fikirlərini bildirib. Süleymanovun sözlərinə görə, millidəki çatışmazlıq arxa xətdə diqqətsizliklə bağlıdır: “Əzmkarlıq nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışırdılar. Fiziki hazırlığımız yaxşı səviyyədə olmasa da, komanda pis oynamadı. Çatışmazlıq kimi müdafiə xəttindəki diqqətsizliyi qeyd edə bilərəm. Hücuma qoşulan müdafiəçi top itirməməlidir. Əgər hücuma qoşulursa, onun mövqeyində mütləq komanda yoldaşı yer almalıdır. Əks təqdirdə rəqib əks-hücumlarda qapımızda təhlükə yaradır".

Qeyd edək ki, millimiz turnirin açılış oyununda Mali yığmasını 4:0 hesabı ilə darmadağın edib. Komandamız növbəti matçını iyulun 5-də Kanadaya qarşı keçirəcək.