Yığmamızdan 2-ci qələbə
03.07.2013 - 13:00
Yığmamızdan 2-ci qələbə
Otüstü hokkey üzrə qadınlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fransanın Kambre şəhərində keçiriləcək B divizionunda Avropa çempionatına hazırlaşan yığmamız Polşa ilə üz-üzə gəlib.

Bu ölkədəki hazırlıq çərçivəsində 3-cü dəfə meydan sahibləri ilə görüşən yığmamız yenə qalib gəlib – 3:2. İlk hissədə 2 dəfə fərqlənən komandamız fasilədən sonra üstünlüyünü itirsə də, matçın sonlarında qələbə qolunu vurub.

Qeyd edək ki, ilk oyunda rəqibinə 3:4 hesabı ilə uduzan yığmamız 2-ci oyunda 3:2 hesabı qalib gəlmişdi.