“Bakı” sabah Avstriyaya gedir
03.07.2013 - 14:54
“Bakı” sabah Avstriyaya gedir
“Bakı” yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yay təlim-məşq toplanışının yerini və vaxtını dəqiqləşdirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zolaqlılar” sabah Avstriyanın Leoqanq qəsəbəsinə gedəcək.

Səfər müddətində “Bakı”nın futbolçuları “Falkensteiner Hotel & Spa Bleibergerhof” otelində məskunlaşacaq. Komanda hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, “Bakı” iyulun 25-də hazırlıqlarını başa vuraraq vətənə geri dönəcək.