“Lənkəranda güclü azarkeş dəstəyi altında istəyimizə nail olacağıq”
04.07.2013 - 15:27
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının I təsnifat mərhələsində “Slima” ilə keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib. Apasport.az-ın məlumatına görə, uelsli mütəxəssis klubunun rəsmi saytına açıqlamasında zədəli futbolçularla bağlı problemdən narahatlığını bildirib.
Maltadakı oyundan mətbuat konfransı keçirilmədiyinə görə fikirlərini açıqlaya bilməyən Toşak 1:1 hesabı ilə nəticələnən həmin matça da toxunub: “Hazırda zədəli futbolçularımız var və onların komanda ilə birgə məşq edə bilməməsi bizə əlavə problem yaradır. Bununla belə, inanıram ki, doğma meydanda, normal qazonda və güclü azarkeş dəstəyi ilə istədiyimizə nail olacağıq. Hazırlıq planımız pozulduğundan, 1 yoxlama oyunundan imtina etdik və gecə yarısı Maltaya yola düşməli olduq. Bütün bunlar istənilən halda komandaya təsir edir. Əks düşərgədə isə vəziyyət fərqlidir. Onlar rahat şəkildə hazırlaşıb, motivasiya olunub, bizi gözləyirdilər. Bu yerdə qeyd edim ki, mənim də səhvlərim olub. Bunu etiraf etməklə yanaşı, bütün məsuliyyətin üzərimdə olduğunu bildirmək istərdim. Komandamın oyunundan razı qalmasam belə futbolçuları qınamaq istəməzdim. Ümid edirəm ki, bir daha belə səhvlər olmaz”.
Qeyd edək ki, cavab oyunu iyulun 11-də Lənkəranda keçiriləcək.

0
0